13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar

Azərbaycan boksçuları Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turniri 2 medalla başa vurublar.
 
Futbolxeber.az saytına Boks Federasiyasından verilən məlumata görə, baş məşqçi Elbrus Rzayevin yetirmələrindən Abbasqulu Şadlinski (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
O, finalda Arpad Jambora 4:1 (30:27, 30:27, 29:28, 29:28, 28:29) hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.
 
Tağı Nəsibov (60 kq) isə həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gəlib. Görüş rəqibin 4:1 (28:29, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatdığından boksçumuz gümüş medala yiyələnib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31