12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Tələbələr arasında idmanın 10 növü üzrə respublika çempionatı keçirilir

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali ixtisas təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatı keçirilir.
 
Futbolxeber.az saytının məlumatına görə, çempionata idmanın 10 növü (şahmat, dama, stolüstü tennis, badminton, voleybol, basketbol, sərbəst güləş, yunan- Roma güləşi, cüdo və kəndirlə mübarizə) daxildir.
 
Yarışa Şahmat ilə start verilib. 19 komandanın iştirak etdiyi bu mərhələdə birinci yerə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası çıxıb. İkinci yeri Azərbaycan Tibb Universiteti, üçüncü yeri isə Azərbaycan Mühəndislik Universiteti tutub.
 
Qeyd edək ki, turnir Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi, Azərbaycan Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə keçirilir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31