2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

Azərbaycan boksçuları Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

22 yaşadək kişi və qadın boksçulardan ibarət Azərbaycan milli komandası Rusiyaya yollanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, yığma sentyabrın 21-25-də Anapada Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnirə qatılacaq.
 
Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Rusiyada ölkəmizi Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil edəcəklər.
 
Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayacaq.
 
Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edəcək.
 
Bu gün Anapaya yollanan komanda sentyabrın 26-da Bakıya qayıdacaq.
 
Qeyd edək ki, yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31