2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

DÇ: İki boksçumuz 1/8 finalda

 
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.
 
Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
 
Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Görüş mayın 8-də keçiriləcək.
 
Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.
 
O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də olacaq.
 
Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundial mayın 14-də bitəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31