1 Iyul 2026, Çərşənbə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı
Almaniya DÇ-2026 ilə vidalaşdı

Digər idman növləri

Boksçularımız Tokio-2020 üçün mübarizədə

Bu gün Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Təsnifat Turniri bərpa olunacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlasa da, üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılan yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu rinqə çıxacaq. Onların hər biri 1/4 final mərhələsinə vəsiqə uğrunda döyüşəcəklər.
 
Kişilər
 
1/8 final
69 kq
Lorenzo Sotomayor – Sebastian Terteryan (Danimarka)
 
81 kq
Alfonso Dominqes – Stefan Hrekul (Ukrayna)
 
Qadınlar
1/8 final
57 kq
Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə)
 
75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)
 
Qeyd edək ki, 5 gün davam edəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanın 7 boksçusu mübarizəni davam etdirir. Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda Cavid Çələbiyevlə (63 kq) Məhəmməd Abdullayev (+91 kq), həmçinin Olimpiadada iştirakını təmin edən Tayfur Əliyev (57 kq) növbəti günlərdə yarışa qoşulacaqlar. Onların qüvvəsini sınadıqları 63 kq çəki dərəcəsində 8, 69 kq, 81 kq, 57 kq-da 6, +91 kq və 75 kq-da 4 idmançı Oyunlarda iştirak hüququ qazanacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31