15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Digər idman növləri

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

İdman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı bu il Bakıda keçiriləcək.

Futbolxeber.az-ın Avropa Gimnastikasının rəsmi saytına istinadən verdiyi məlumata görə, kişilərin mübarizəsi 9-13, qadınların yarışı isə 17-20 dekabrda olacaq. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Bundan başqa, Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabra təxirə salınıb.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilər arasında Avropa çempionatı 27-31 mayda Bakıda, qadınların analoji yarışı 30 aprel-3 mayda Fransanın paytaxtı Parisdə keçirilməli idi. Bədii gimnastların qitə çempionatı isə 21-24 mayda nəzərdə tutulmuşdu.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28