16 Oktyabr 2026, Cümə
“Sumqayıt”ın heyətində ciddi itkilər
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi

Digər idman növləri

Azərbaycan Gimnastika Federasiyası yenidən dünyada birinci yerə layiq görülüb

Azərbaycan Gimnastika Federasiyası (AGF) “Mükafatlandırılan Federasiyalar" siyahısında yenidən birinci yerə layiq görülüb.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Gimnastika Federasiyası (FIG) 2019-cu ilin nəticələrinə əsasən AGF-ni bir daha digər federasiyalardan fərqləndirib.

Ötən il milli federasiyanın gimnastikanın 3 növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə dünya çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkil etməsi, həmçinin FIG-nin tanıdığı gimnastikanın 7 yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi AGF stabil olaraq, 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31