29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Digər idman növləri

"Erməni idmançını udmaq çox sevindiricidir"

"Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim".

Bu sözləri erməni idmançısı Maksim Manukyanı məğlub edərək Azərbaycana 2-ci Avropa Oyunlarında ilk bürünc medalı qazandırmış Mehman Xəlilov bildirib.

O, erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını qeyd edib:

"Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam vardı. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi. Nəsə uduzmağı ilə barışa bilmirdi.

Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, dörd xallıq fənddir. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır.

Karyeramda daha əvvəl də belə hal olub. İki döyüşə bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal görüşündə çıxış etdim. Allaha şükür ki, qələbə qazandım" (Report).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31