2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

Azərbaycan Ağır Atletika Federasiyasında prezident seçkisi oldu

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.
 
Futbolxeber.az-ın məlumatına görə, konfransda şəhər və rayon idman cəmiyyətlərinin, idman klub və məktəblərinin təmsilçiləri, AAAF-in üzvləri iştirak ediblər.
 
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. 
 
AAAF-in vitse-prezidenti Tofiq Heydərov son illər ağır atletika idmanı üzrə əldə olunan böyük uğurlar barədə məlumat verib.
 
Sonra Federasiyanın prezidenti vəzifəsinə səsverməyə keçilib. Seçkidə yeganə namizəd olan AAAF-nin prezidenti Cahangir Əsgərov yenidən bu vəzifəyə seçilib.
 
Daha sonra AAAF-nin Rəyasət Heyətinin tərkibi formalaşdırılıb. Rəyasət Heyətinin iclasında isə Federasiyasının İcraiyyə Komitəsinin üzvləri, vitse-prezidentlər, həmçinin digər komitələrin üzvləri seçiliblər.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31