Digər idman növləri
Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin Ali Ordeni təqdim edilib
Heydər Əliyev Fondununun prezidenti Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin Ali Ordeni təqdim edilib. Heydər Əliyev Fondununun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
İclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirib.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verib. O, Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışıb, onun Milli Gimnastika Federasiyanın prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğulayıb. Patrik Hikki qeyd edib ki, Mehriban Əliyeva Heydər Əliyev Fondununun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, “Qızıl ürək” beynəlxalq mükafatına və digər mükafatlara layiq görülən Mehriban Əliyeva 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onu da bildirib ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.
Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
14:00
Ferran Torres PSJ-yə keçdi
-
13:26
"Neftçi" amerikalı legioneri heyətinə qatdı
-
12:58
Romero rəsmən “Atletiko”da
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
10:23
İtaliyalı futbolçu karyerasını başa vurdu
-
10:09
"Qalatasaray"dan uğursuz start VİDEO
-
09:52
Cəlal oynadı, komandası qalib gəldi
-
09:34
“Traktor” mövsümə qələbə ilə start verdi
-
09:00
“Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
-
23:25
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:04
Kurban Berdıyev: “Çox vacib qələbə oldu”
-
22:51
Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”
-
22:13
“Səbail” Boludakı ilk oyununda qalib gəldi
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
-
18:00
Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları açıqlanıb
-
17:37
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
17:15
"Araz-Naxçıvan" daha iki futbolçu ilə müqavilə imzalayıb
-
16:48
“Rapid” - “Harts” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
16:06
Əliyar Ağayev Mahir Emrelinin komandasının oyununa təyinat alıb
-
15:23
“Qarabağ”ın “Tvente” ilə oyunlarının hakimləri açıqlandı
-
14:51
Murad Məmmədov “Pafos"da ilk qolunu şərh etdi
-
14:39
Azərbaycan gimnastı Fidan Qurbanlı dünya çempionatında çıxış edib
-
14:14
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
-
14:00
“Fənərbaxça” braziliyalı legionerlə yollarını ayırdı
-
13:42
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
-
13:27
Milli üzvü "Neftçi"yə qayıtdı
-
12:55
Musa Qurbanlı: “Zamanla daha yaxşı olacaq”
-
12:38
"Gəncə" sabiq üzvü ilə güclənib
-
12:16
Markeviç: “Qarabağ”ın legionerlərinin fərdi ustalığı daha yüksək oldu”
-
11:41
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
11:23
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
11:09
"Murov Az Terminal" daha bir voleybolçu ilə anlaşıb
-
10:54
UEFA reytinqi: Azərbaycanın əmsalını artdı
-
10:32
Zamiq Əliyevin komandası Avroliqanın pley-offunda
-
10:17
Tahir Gözel: “İki yeni futbolçuya ehtiyacımız var”
-
10:00
“Qarabağ”ın “Yıxılmadım, ayaqdayam” mesajı...
-
23:59
Murad Məmmədov “Pafos”da qol hesabını açdı: “Zalsburq”u məyus etdi
-
23:45
“Tvente” “Qarabağ”a rəqib oldu
-
23:32
Emreli oynadı, komandası mərhələ adladı
-
23:16
“Faydası olacaqsa, Elvini tez-tez asfalta göndərərik”
-
22:58
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
-
22:27
“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”
-
22:01
“Qarabağ” pley-offa yüksəldi
-
19:41
Ronaldo daha 2 il “Sumqayıt”da
-
18:13
"Kəpəz"də yeni müqavilə
15.08.2026
14.08.2026
13.08.2026
























