1 Yanvar 2026, Cümə axşamı
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

İdmançımız ermənini məğlub edib, Olimpiadaya lisenziya qazandı!

Bu gün Türkiyənin İstanbul şəhərində taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin növbəti görüşləri keçirilib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, yarışın ikinci günü də Azərbaycan yığması üçün uğurlu alınıb.

Belə ki, idmançılarımız bu turnirdə artıq 3-cü lisenziyanı da qazanıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani Fəridə Əzizova və Patimat Abakarovanın uğurunu təkrarlayıb.

O da, digər idmançılarımız kimi finala çıxaraq, “Braziliya bileti”ni əldə edib. İlk döyüşdə latviyalı Yanus Kauneni (16:0) məğlub edən Milad, daha sonra erməni idmançı Arman Yeremyanı darmadağın edib - 11:1. Yarımfinalda ev sahibi Yunus Sarını da böyük hesabla (10:1) mübarizədən kənarlaşdıran Harçeqani finala adlayıb. Finalda Harçeqani polşalı Pyotr Pazinskini 14:2 hesabı ilə darmadağın edərək, qızılı boynundan asıb.

Bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı 32-ə çatıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31