Digər idman növləri
"Çempion olmamaq faciə deyil"
Şahmat üzrə Avropa Kubokunda gümüş medal qazanan "SOCAR-Azərbaycan" klubunun üzvü Şəhriyar Məmmədyarov yarışın yekunlarıyla bağlı suallara cavab verib.
- Ötənilki çempion "SOCAR-Azərbaycan" bu dəfə gümüş medal qazandı. Turnirin yekun nəticəsindən razısınız?
- Fikrimcə Azərbaycan klubu normal çıxış etdi. Bu il Avropa Kubokunda rəqabət daha yüksək idi. Yeni komandalar mübarizə aparırdı. İkinci yeri tutmaq pis nəticə deyil. 50 klub arasında gümüş medal qazanmaq asan deyil. Medal əldə etmək hər zaman sevindiricidir. Bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Əlbəttə, daha yaxşı nəticəyə inanırdıq. Turnirdən əvvəl məqsəd yalnız çempionluq idi. Gümüş medalı normal nəticə kimi dəyərləndirirəm.
- Yəqin, razılaşarsan, 5-ci turda Rusiyanın "Sibir" klubuna məğlubiyyət çempionluq yolunda ən böyük zərbə oldu...
- Məğlubiyyətdən sonra ümid qalırdı. Amma başa düşürdük ki, artıq onlar liderdi. Çempionluq bizdən bir qədər uzaqlaşdı. Güclü heyətə malik komandadır. Avropa Kubokunda istənilən rəqibə qalib gələ bilərdilər. Əgər biz "Sibir"i saxlaya bilmədiksə, o biri komandaların bunu edəcəyinə inam az idi. Məğlubiyyətdən sonra liderliyə qayıdacağımıza inam azaldı.
- "Sibir"in çempionluğunda rusiyalı Vladimir Kramnikin rolunu xüsusi qeyd edirlər. Bu qələbədə Kramnik nə dərəcədə böyük rol oynadı?
- Kramnik güclü şahmatçıdır. Amma çempion olan komandadır. Ola bilərdi ki, Kramnik yaxşı oynasın, amma klub uğursuz çıxış etsin. Lakin belə olmadı. Klubda hər bir şahmatçı bir-birini tamamladı. Güclü kollektivləri var idi, layiqli oyunla çempion oldular. Kramnik bu yaşında çox gözəl performans sərgilədi. Son aylar çıxış etdiyi yarışlarda ən yaxşı oyununu gördük. Bununla belə qələbədə hər bir şahmatçının böyük rolu oldu.
- 2014-cü ildə çempion olan "SOCAR-Azərbaycan"a titulunu qorumaq üçün nə çatmadı?
- "SOCAR-Azərbaycan" iki dəfə Avropa Kubokuna sahib olub. Müxtəlif illərdə gümüş və bürünc medallar qazanmışıq. Əgər rəqabət olmasaydı o zaman indi məyus olardıq. Lakin çox güclü rəqabət var idi. Medallar uğrunda 10-a yaxın komanda mübarizə aparırdı. Belə gərgin mübarizənin sonunda gümüş medal qazanmaq yaxşı nəticədir. Çempion olmamaq faciə deyil. Avropa Kubokunun qalibinin heyətində güclü şahmatçılar çıxış edib. Onlar bizdən geri qalmırdılar. Demək olar ki, bərabər komandalarıq. Sadəcə olaraq hamı bizdən çempionluq gözləyirdi. Çempion olmayanda bəziləri üçün qəribə gəlir.
- Avropa Kubokunda oyununu necə qiymətləndirirsən?
- Son tura qədər çox yaxşı qiymətləndirirdim. Lakin 7-ci turda bir az vəziyyəti düzgün qiymətləndirmədim. Fikirləşdim ki, qələbəyə oynamaq olar. Heç-heçəyə razılaşmadım, mənasız risk etdim. Paralel keçən görüşdə lider "Sibir" məğlub durumda idi, uduzsaydılar qələbə qazanmaqla biz çempion ola bilərdik. Buna görə risk etdim. Mənasız risk etdim və uduzdum. Normalda risk etmədən uduzmazdım. 7 oyunda 3 qələbə qazandım. İki görüşdə heç-heçə oynadım və bir partiyada məğlubiyyət acısı yaşadım. Fikrimcə normal oynadım. Daha yaxşı oyun gözləyirdim. Lakin turnir ağır keçdi. Son zamanlar ağır turnirlərimiz çox oldu.
- "SOCAR-Azərbaycan"ın çıxışını 5 ballıq sistemlə neçə qiymətləndirərdin?
- Nəticəmizdən razı qaldım. Nəzərə almaq lazımdır ki, güclü heyətlə ümumiyyətlə mükafatçılar sırasına düşməyən komandalar oldu. 5 sistemlə Avropa Kubokundakı oyunumuza 4 verərdim.
- İlin son yarışı gələn ay İslandiyada baş tutacaq. Avropa Kubokundan sonra komandalar arasında Avropa çempionatında iştirak etmək çətin olmayacaq?
- Komandalar arasında Avropa çempionatı şahmatçılar üçün ilin əsas yarışlarından biridir. İndi desəm ki, yorğunam düzgün çıxmaz. Komanda yarışından daha yaxşı nəticə qazanmağa çalışacayıq. Makedoniyadakı nəticədən, oyun keyfiyyətindən narazı deyiləm. Sadəcə olaraq daha yaxşı çıxış etmək olardı. Qitə birinciliyinə çempion kimi yollanacayıq. Son qalib kimi titulumuzu qorumaq üçün mübarizə aparacayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
10:32
Daha bir boksçumuz Avropa çempionu oldu
-
10:17
"Milan" səfərdə büdrədi VİDEO
-
10:00
Toral ehtiyatda qaldı, “Bursaspor” uduzdu
-
21:36
Balau "Turan Tovuz"a qələbə qazandırdı VİDEO
-
20:51
Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
20:25
"Qarabağ" və "Turan Tovuz"dan səfər qələbəsi
-
20:00
II Liqada hakim təyinatları açıqlandı
-
19:13
"Qarabağ" 1000-ci oyununda qalib gəldi VİDEO
13.10.2026
12.10.2026
11.10.2026
























