Digər idman növləri
“Bakı-2015”: Məşəl Qubaya gətirildi
İyunun 1-i qubalıların yaddaşında birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi və möhtəşəm Alov festivalı ilə yadda qalacaq. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, məşəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qarşısında qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.
Məşəli güləş üzrə veteranlar arasında dünya çempionu Musa Mirzəyev qəbul edib. Bundan sonra 14 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca dörd kilometr məsafəni qət edərək Quba Meydanına gəliblər. Burada quraşdırılan səhnəyə qalxan kik-boksinq üzrə əməkdar məşqçi Telman Məhərrəmov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən qubalılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.
Bununla da Quba birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 55-ci yaşayış məntəqəsi olub.
Qarşılanma mərasiminin iştirakçısı, qubalı gənc Elmar Hacıyev AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını doğma rayonu üçün ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirib: “Bu kimi mötəbər yarışların keçirilməsi üçün yalnız infrastruktur, böyük idman qurğuları kifayət etmir. Bunlarla yanaşı, ölkənin beynəlxalq arenada böyük nüfuza sahib olması da vacibdir. Məhz bütün bu amillərə görə Azərbaycana etimad göstərildi. Əminəm ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə birinci Avropa Oyunlarını uğurla başa vuraraq, respublikamızın adını daha da ucaldacağıq”.
Quba sakini Ələkbər Məmmədbəyov isə yarışların başlanmasını səbirsizliklə gözlədiyini bildirib: “Birinci Avropa Oyunlarında güləşçilərimizin çıxışlarını maraqla izləyəcəm. Artıq güləş yarışlarına bilet də əldə etmişəm. Pəhləvanlaımızın yüksək əyarlı medallar qazanacağına əminəm. Özüm də güləşlə məşğul olmuşam. Birinci Avropa Oyunlarında tək güləş deyil, bütün idman növlərində güclü idmançılarımız mübarizə aparacaqlar. Hamısına uğurlar arzulayıram”.
Günün sonunda Qubada möhtəşəm Alov festivalı keçirilib. Respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı sakinlərin sevincini ikiqat artırıb. Festivalın sonunda atəşfəşanlıq olub.
Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəlinin növbəti qarşılanma mərasimi iyunun 3-də Xaçmaz rayonunda olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
11:35
Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
-
11:12
2 boksçumuz dünya çempionatına qələbə ilə start verib
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:23
"Ayntraxt" sonda sevindi VİDEO
-
10:09
Şeydayev oynadı, komandası qalib gəldi
-
09:54
"Frozinone" - "Sassuolo" matçında 6 qol VİDEO
-
09:31
Mahirin komandasından mövsümdə ikinci qələbə
-
09:20
“Qarabağ”, yoxsa “Neftçi”?
-
09:17
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı VİDEO
-
09:00
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
-
23:56
Millimiz Çexiyaya məğlub oldu
-
22:47
"Sumqayıt"dan əzmkar qələbə VİDEO
-
22:09
Kandido: “Qələbəyə layiq idik”
-
21:30
Maksimov məğlubiyyəti şərh etdi
-
20:58
"Şamaxı" və "Sumqayıt"dan qələbə
-
20:13
Şamaxıda 5 qol VİDEO
-
18:24
Azərbaycanı Avropa çempionatında 21 boksçu təmsil edəcək
-
18:02
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər müəyyənləşdi
-
17:45
Azər Bağırov: “Bu qələbəni yol qəzasında həyatını itirən gənc futbolçumuza həsr edirəm”
-
16:31
“Neftçi”dən azarkeşlərlə bağlı açıqlama: bilet və stadiona giriş barədə
-
16:16
FIFA U-20 dünya çempionatı 2027-nin rəsmi brendini təqdim edib
-
15:49
DÇ: U-23 minifutbol millimiz yarımfinalında uduzdu
-
14:57
AFFA 6 komandaya texniki məğlubiyyət verib
-
14:38
AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
-
14:14
UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
13:43
AFFA həkimi olmayan klubları cərimələdi
-
13:22
Şamaxıda heyətlər açıqlandı
-
13:05
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
-
12:51
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
-
12:30
"Səbail" Zaqataladan 3 xalla qayıtdı VİDEO
-
12:19
Voleybol millimiz yoxlama oyununda qələbə qazanıb
-
11:46
"Trabzonspor"dan 4 qollu qələbə VİDEO
-
11:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:08
"Mlan"dan darmadağın VİDEO
-
10:53
Daha bir güləşçimiz dünya çempionatında finalda uduzdu
-
10:34
"Beşiktaş" Almaniyadan qələbə ilə qayıtdı VİDEO
-
10:12
Əliyar Ağayev Niderlandda heç-heçə şahidlik etdi
-
09:45
Muradın komandası “Atalanta” ilə bacarmadı
-
09:21
Elçin Məsiyevin idarə etdiyi oyunda “Omoniya” sevindi
-
09:00
Zamiq ehtiyatda qaldı, komandası Konfrans Liqasında ilk xalını qazandı
-
22:03
“Sumqayıt” “Araz-Naxçıvan”la oyuna hazırdır FOTOLENT
-
21:29
Dünya çempionatı: Minifutbol millimizin yarımfinaldakı rəqibi bilindi
-
20:38
Çempionlar Liqasında həftənin oyunçusu o seçildi
-
19:54
I Liqa: Liderdən gözlənilməz məğlubiyyət, “Səbail”dən qələbə
-
18:47
“Sumqayıt”ın heyətində ciddi itkilər
-
18:15
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
-
18:00
Çempionlar Liqasında rekord qeydə alınıb
-
17:36
“İnter”də ciddi itki
-
16:51
“Neftçi” “Qarabağ”la oyundan öncə azarkeşlərə müraciət etdi
-
16:29
Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
17.10.2026
16.10.2026
15.10.2026
























