Minifutbol
Pərviz Musayev əsri yarılamağa 5 addım qalmış: “Oyunu şərh edə-edə tortun şamlarını üfürürdüm”
Azərbaycanın tanınmış idman jurnalisti, futbol şərhçisi Pərviz Musayev bu gün 45 illik yubileyini qeyd edir. Əlamətdar gün münasibəti ilə P.Musayev Futbolxeber.az saytının suallarını cavablandırır.
“İDMAN MƏNƏ GÜMRAH QALMAĞA KÖMƏK EDİR”
- İlk növbədə doğum gününüzü təbrik edir, ailənizlə birlikdə xoş, gülərüz, sağlam həyat, fəaliyyətinizdə uğurlar arzulayırıq. 45 yaşında Pərviz Musayev özünü necə hiss edir?
- Təbrikinizə görə təşəkkür edirəm, çox xoş oldu. İlk dəfədir ki, doğum günümdə məndən belə bir müsahibə alınır. 45 yaşımda özümü necə hiss edirəm? Şablon səslənməsin, özümü çox gümrah, yaxşı hiss edirəm. Düşünürəm ki, daha bir neçə il bu aktivliyi qoruya biləcəyəm. Uzun illər idmanla məşğul olmuşam. Bugünkü gündə də formamı qorumağa çalışıram. İdman mənə gümrah qalmağa kömək edir. Daha bir neçə il bu tempdə davam edəcəyəm.
- Böyük ehtimalla, bu günə qədər doğum gününüzü fərqli formalarda qeyd etmisiniz. Bunlardan ən yaddaqalanı hansı olub?
- Əslində bu günə qədər doğum günümü xüsusi təntənəli formada keçirməyin tərəfdarı olmamışam. Çalışıram ki, ad günüm daha çox ailə üzvlərimlə yaddaqalan olsun. Yəni hər hansı bir xüsusi formada ad günü keçirməmişəm. Bu məsələlərdə aktiv deyiləm. Yalnız bir dəfə fərqli formada olub. Ad günümdə “Zirə”nin oyununu şərh edirdim. Matçın əvvəlində “Zirə”nin keçmiş mətbuat katibi Elman Himayətoğlu tortla şərhçi otağına daxil olmuşdu. Belə bir maraqlı vəziyyət yaranmışdı. Oyunu şərh edə-edə tortun şamlarını üfürürdüm. Sağ olsunlar, bu cür bir sürpriz etmişdilər mənə. Yəni fərqli formada doğum günümü qeyd etdiyim bu cür olub. Həmişə həmin anları xatırlayanda üzdə təbəssüm yaranır.
- Pərviz Musayevi həm şərhçi kimi, həm də mətbuat katibi kimi tanımışıq. Bu illər ərzində fəalliyətinizi necə qiymətləndirirsiniz?
- Öz işimi qiymət verməyim düzgün olmaz. Şərhçi kimi tamaşaçıların qiyməti önəmlidir. Tənqidlər də olur, təriflər də. Bu, tam normal bir prosesdir. Tənqidlərdən həmişə nəticə çıxarmağa çalışmışam. Ünvanıma səslənən tənqidləri görərkən həmin məqama bir daha baxıb hansı məqamda səhv etdiyimə nəzər yetirmişəm. Velosiped Federasiyasında mətbuat katibi kimi çalışarkən mümkün qədər mətbuata, jurnalistlərə yaxın olmağa çalışmışam. Hər zaman onların müraciətini, məlumatla təmin olunması üçün sorğularını cavablandırmağa hazır olmuşam. Təvəzökarlıqdan uzaq olacaq, amma bunu həmkarlarım da təsdiqləyər ki, öz işimdə həmişə ən yaxşısını etməyə çalışmışam. Bu baxımdan vicdanım rahatdır. Nə dərəcədə alınıb, indi buna həmkarlar daha yaxşı qiymət verə bilər. Ehtimal edirəm ki, yarı zarafat, yarı ciddi də olsa həmkarlarım məndən narazı qalmayıblar.
“OĞLUMA GÖRƏ BU İDMAN NÖVÜ MƏNƏ DAHA ƏZİZDİR”
- Bəs hansı idman növü sizin üçün daha əzizdir?
- İdman mətbuatında çalışan biri olaraq növlər arasında fərq qoymamağa çalışıram. Çünki hansı idman növündən xəbər hazırlamışamsa, hər biri əzizdir. Şəxsi plandan baxsaq, son illərdə mənim üçün velosiped idman növü daha ön plana çıxıb. Bu, təkcə federasiyada mətbuat katibi olaraq işləməyimlə bağlı deyil. Böyük oğlum Ömər peşəkar velosipedçidir, milli komandanın gənclər yığmasının üzvüdür. Gələn ildən artıq U-23 yaş kateqoriyasına keçir. Bu səbəbdən ailə daxilində də velosiped idman növü ön plana keçib. Oğlumun burada fəaliyyəti, hazırlığı, yarışları demək olar ki, hər gün evdə müzakirə edilir. Oğluma görə bu idman növü mənə daha əzizdir.
- Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, bir çox insanlar, həmkarlar, bir sözlə, sizi tanıyanlar Pərviz Musayevi səmimi insan, yaxşı həmkar, işinin peşəkarı olaraq təqdim edirlər. Bəs siz, Pərviz Musayevi necə təqdim edərdiz?
- Özüm haqqımda danışmaq çətindir. İstənilən insan bu mövzuda danışmağa çətinlik çəkər. Onu deyə bilərəm ki, konfliktə meyilli deyiləm, üzüyolayam. İstənilən bir insanla, hətta çətin xarakterli insanlarla belə yola getməyə çalışıram. Bu vaxta qədər kiminsə xətrinə dəyib, incitdiyimi xatırlamıram. Səhvimi etiraf etməyi bacaran biriyəm. Kiməsə qarşı səhvim olubsa, yaşından asılı olmayaraq ondan üzr istəmişəm. Bunu zəiflik əlaməti olaraq saymamışam. Ətrafımdakılara qarşı hər zaman diqqətliyəm. Hamı ilə yaxşı yola getmək də bir qədər çətindir. Nə vaxtsa məndə də ola bilər ki, hardasa səhv olub. Bu səhv belə bilərəkdən olmayıb. Özümü cəmiyyətə zərərsiz bir insan kimi görürəm. Buna əminəm.
- Özünüzü nə vaxtsa idman mətbuatından kənarda sınamaq barədə düşünmüsüz?
- Heç bir şey daimi deyil. Ola bilər, nə vaxtsa idman mətbuatından kənarda fəaliyyət göstərim. Bu hal mümkündür. Hər bir insan sevdiyi işdə olmağa çalışır. Bu vaxta qədər başqa bir sahədə olmamağımın kökündə duran əsas səbəblərdən biri də budur. İdman mətbuatını, şərhçiliyi çox sevirəm. İllərdir bu işin içindəyəm. Ona görə özümü başqa sahədə hələ ki sınamamışam. Amma yaxşı, sərfəli bir təklif olarsa, niyə də olmasın?! İnsan ilk növbədə başqa sahəyə getməzdən öncə özünə bunu bacarıb-bacarmayacağı ilə bağlı sual verməlidir.
“HƏMİN ŞƏHİD XƏBƏRİNDƏN SONRA OĞLUM SÖZ VERİB Kİ, DAHA AD GÜNÜNÜ QEYD ETMƏYƏCƏK”
- Şərhçi kimi karyeranızda ən önəmli oyun hansı olub?
- Şərhçi karyeramda unudulmaz qarşılaşmalar çox olub. Bunların arasında bir-ikisi xüsusilə yaddaqalan olur. Biri sırf idman nöqteyi-nəzərindən 2010-cu ildə CAR-da keçirilən futbol üzrə dünya çempionatında Uruqvay-Qana matçı olub. Həmin oyunu şərh edərkən o vaxt "Lider" televiziyasında çalışırdım. Dramatiklik nöqteyi-nəzərindən, Suarezin artırma dəqiqələrdə topu əli ilə boş qapıdan çıxarması, qol olmayan penalti- bu, idman mübarizələri baxımından heç zaman unutmayacağım bir oyun idi. Digəri isə 2020-ci ildə oktyabrın 13-də olub. Bu, olduqca ağır oyun idi mənimçün. 44 günlük Vətən müharibəsi zamanı neytral meydanda Azərbaycan millisinin Kipr kollektivi ilə oyununu şərh edirdik. Matç lbaniyanın Elbasan şəhərində baş tuturdu. Həmin günlər çox ağır idi, hər gün şəhid xəbərləri gəlirdi, bir tərəfdən torpaqlarımızın işğaldan azad olunmasına çox sevinirdik, digər tərəfdən də gələn şəhid xəbərləri psixoloji planda oyuna köklənməyə mane olurdu. Niyə bu matçı xüsusi qeyd edirəm? Həmin oyunun fasiləsində yaxından tanıdığım bir gəncin şəhid olma xəbərini aldım. İnanın ki, ikinci hissəni necə şərh etdiyimi bir Allah bilir. Həmin gün digər tərəfdən mənim kiçik oğlum Osmanın ad günü idi. Şəhid Aqşin Novruzov də bizə ailəvi yaxın idi. Həmin hadisədən sonra Osman söz verib ki, daha öz doğum gününü qeyd etməyəcək. Bu hadisəni heç kimə bildirmədim. Orada CBC Sport-un rəhbəri Volkan Üst də var idi. İkinci hissəni şərh etmək mənə olduqca çətin idi. Bunu büruzə verməməyə çalışdım. Bu anı sadəcə təsəvvür etməyə çalışdım. Oyundan sonra hər şey məlum oldu. Bununla belə, ikinci 45 dəqiqə şərhçilik dönəmimin ən çətin anları olaraq yadda qalıb.
- Bəs Velosiped Federasiyasındakı fəaliyyətiniz dövründən hansı yaddaqalan xatirələriniz var?
- Federasiyada 8 il çalışdım. Orada yaddaqalan dövrlərimiz çox oldu, xüsusilə veloturlar zamanı. O yarışlar həqiqətən çox maraqlı idi. Təşkilatçılıq çox ağır idi, bir neçə il ard-arda böyük yarışlar təşkil olunurdu. 2018-ci ildə Bakıda BMX üzrə Dünya Çempionatı keçirildi. Bu yarışların məsuliyyəti olduqca böyük idi, eyni zamanda da maraqlı idi. Həmin o dövrlərdə keçirdiyimiz beynəlxalq yarışlar daha yaddaqalan olub. İdman xatirələri ilə bol olan həmin o yarışların keçirildiyi dövrü xüsusilə qeyd edə bilərəm. Həmin yarışlar zamanı həm də federasiya tərəfindən velosipedin nəqliyyat vasitəsi kimi təbliğində böyük işlər görüldü. Sevindirici məqam odur ki, xatirələrin əksəriyyəti xoş hisslərlə yaddaqalan məqam olub.
- İşlə bağlı tez-tez xarici səfərlərdə olursuz. Hansısa doğum gününüzü ölkə xaricində qeyd etmisiz?
- Bu vaxta qədər doğum günüm işlə əlaqədar hər hansısa bir səfərlə üst-üstə düşməyib. Ola bilər ki, həmin ərəfələrdə doğum günümü evimdə keçirməyimi məqsədəuyğun hesab ediblər, ona görə də xaricə səfərim olmayıb. Bununlə belə, iş başında olarkən doğum günü qeyd etdiyim günlər çox olub. Televiziya elə bir sahədir ki, daim işinin başında olmalısan. Əvvəldə qeyd etdiyim kimi, "Zirə"nin oyun günü doğum günümə düşmüşdü, ona görə stadionda doğum günümü qeyd etmişdilər. Ölkə xaricində isə belə bir hal yaşanmayıb.
- 45 yaşında Pərviz Musayev özünə nə arzu edir?
- Mən təkcə özümə yox, hər bir şəxsə xoşbəxtlik, firəvanlıq arzulayıram. Bu, qəlbimdən gələn bir hissdir. Təəssüf ki, reallıqda həmişə belə olmur. İstənilən halda qoy insanlar sağlam, xoşbəxt, sevdiklərinin əhatəsində və xəstəlikdən uzaq olsunlar. İş barədə isə həm özümü, həm də həmkarlarıma uğurlu şərhlər və tamaşaçı sevgisi arzulayıram. Dəyər verdiyiniz üçün, doğum günümdə mənə diqqət ayırdığınız üçün minnətdaram.
Azad NURİYEV
REDAKSİYADAN: Pərviz bəyi doğum günü münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq. Hər zaman indiki kimi pozitiv, gülərüz və gənc qalmağı arzulayırıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- "Qarabağ"ın klublara qazandırdığı pulda kimin haqqı var?
- Ayxan Abbasov AFFA-nın “sirri”ni açıqladı: “Yay toplanışından sonra...”
- Riad Rəfiyev Harvardın məzunu oldu
- Qapı bağlı qalıb... qapıçılarımıza
- "Neftçi" məşqləri bərpa etdi
- Litvanın 19 illik həsrətinə son qoyan U-19 millimiz - İnkişaf Strategiyasi budur?
- “Milliyə dəvət almağımda “Turan Tovuz”un məşqçilər korpusunun böyük əməyi var”
- İmad Faraj: “Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Azərbaycan millisindən fiasko: 3 oyun, 0 qələbə, əlvida növbəti mərhələ
- “Şəfa” darmadağın oldu
-
18:48
“Səbail” darmadağınla ikinci pillədə
-
17:49
“Zirə”nin 3-cü finalı
-
17:18
UEFA Ardanı cərimələdi
-
17:00
Azərbaycan millisi Belarusla iki yoldaşlıq oyunu keçirəcək
-
16:22
“Neftçi”nin rəsmi mağazasında yeni kampaniya: Nəsildən-nəslə ötürülən sevgi!
-
15:53
Azərbaycanı Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək
-
15:35
İki qadın güləşçimiz Avropa çempionatının yarımfinalında
-
14:47
"Qalatasaray" - "Fənərbaxça" derbisi ona tapşırıldı
-
14:16
Mikayıl Cabbarov Avropa çempionu olan yunan-Roma güləşi millisini təbrik edib
-
13:04
Qurban Qurbanov: “İstəyirik ki, bundan da böyük uğurlar qazanaq”
-
12:21
Benzia da haqsızlığa dözmədi: “Hakim biabırçıdır”
-
11:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
Boksçumuz dünya kubokunda daha bir qələbə qazandı
-
11:18
"Latsio" finalda VİDEO
-
10:45
Fabian Buntiç: “Hamı gördü ki, top ələ dəymişdi, təmiz penalti idi”
-
10:23
Nəriman ehtiyatda qaldı, komandası qalib gəldi
-
10:00
"Qalatasaray" da kubokla vidalaşdı VİDEO
-
09:37
Güləş millimiz komanda hesabında Avropa çempionu oldu
-
18:43
"Cəbrayıl" “Mingəçevir”ə qalib gəldi
-
17:29
Kapitan 11 ildən sonra gedir
-
16:56
Naxçıvanda yeniyetmələr arasında cüdo yarışları keçiriləcək
-
16:30
Türkiyə klubunda rumın baş məşqçi
-
16:14
“Gəncə” braziliyalı legioneri ilə vidalaşıb
-
15:47
AFFA “Karvan-Yevlax”ı çempionatdan kənarlaşdırdı
-
15:22
AFFA U-17 millisinin baş məşqçisi ilə yollarını ayırdı
-
15:05
Gənclər və İdman Nazirliyində 15 milyonluq müəmma
-
14:31
Cüdo Federasiyası Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək
-
13:58
Rebrov istefa verdi
-
13:19
"Çelsi" səfərdə xalsız qaldı VİDEO
-
12:23
“Qarabağ” rəsmiləri UEFA Forumunda
-
11:46
Daha 2 boksçumuz dünya kubokunda mərhələ adladı
-
11:00
“Cəzalı duruma düşsəm də, sonradan bildim ki, qaydalara əsasən finalda oynaya bilərəm”
-
10:34
Cüdo Federasiyası dan dərəcələri üzrə seminar və imtahan keçirəcək
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"İnter" finala yüksəldi VİDEO
-
23:41
İki güləşçimiz Avropa üçüncüsü oldu
-
22:03
"Neftçi"yə vurduğumuz qolda ofsayd olduğunu biləndə məyus olmuşdum”
-
21:39
"Zirə"ni finala daşıyan heç-heçə VİDEO
-
21:20
Yunis Hüseynov: "Finala layiq komanda biz idik"
-
20:58
Kubokda ilk finalçı müəyyənləşdi
-
18:16
Premyer Liqa klubunda alman baş məşqçi
-
17:42
"Kəpəz" iki akademiya üzvü ilə peşəkar müqavilə imzalayıb
-
17:05
Avropa çempionatı: 3 güləşçimiz yarımfinala vəsiqə qazanıb
-
16:38
UFC 2028-ci ilə kimi Azərbaycanda
-
15:51
Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
-
15:29
Zədəyə görə millimizin düşərgəsini tərk etdi
-
15:13
Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib
-
14:47
PSJ-də ciddi itki
-
14:00
II Liqa oyununda qonaqlar 8 qolla qalib gəldi VİDEO
-
13:34
Tağı-zadə və Əmiraslanlı WADA-nın beynəlxalq antidopinq konfransında iştirak ediblər
23.04.2026
22.04.2026
21.04.2026






















