24 Oktyabr 2026, Şənbə
“Neftçi” qələbəni əldən verdi
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”

Futzal

Kukseviç: "Oyunumuzdan razı qaldım"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç bu gün Qazaxıstan millisinə uduzduqları (2:4) yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş məşqçi futbolçuların bu dəfə meydanda daha inamlı təsir bağışladıqlarını bildirib:

“Birinci oyundan sonra istirahət etdik və yaxşı bərpa olunduq. Üstəlik, rəqibin adının gətirdiyi üstünlüyü, azarkeş amilini, zala uyğunlaşmaq baxımından yaşadığımız problemi bu dəfə bir kənara atdıq, psixoloji baxımdan matça tam hazır çıxdıq. Buna görə də yaxşı oynadığımızı deyə bilərəm. Əslində, yoldaşlıq oyunlarını güclü rəqiblərə qarşı keçirmək yaxşı oldu. Zəif rəqibləri udub bayram etməkdənsə, səhvlərimizi, çatışmazlığımızı görüb, üzərində işləmək və inkişaf etmək lazımdır.

Yenə deyirəm, bugünkü oyunumuz da çox çətin idi, ancaq uşaqlar bacardıqlarını göstərdilər. Sadəcə, soyuqqanlılığımız çatmadı. Bəzi epizodlarda yaxşı mənada nələrsə etmək istədik, alınmadı. Bu cür oyunlarda uduzsaq da, meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31