Ölkə futbolu
“Artıq şərhə ehtiyac duymuram, “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi”
“Neftçi”nin qapıçısı Emil Balayev Azərbaycan Premyer Liqasının IV turunda “Şəfa”nı 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Premyer Liqanın debütantına qarşı oynayırdıq. Bilirdik ki, bizim üçün asan olmayacaq. Çünki “Şəfa” qapanacaqdı. Zaur Həşimovun işini qeyd etmək lazımdır. Yaxşı təşkil olunmuş komandadırlar. Özünüz də gördünüz ki, ilk hissə bizim üçün çətin keçdi. Yalnız uzaq məsafədən qol vura bildik. Fasilədən dərhal sonra qapımızda qol gördük. Hesab bərabərləşdikdən sonra üstünlüyü ələ aldıq. Lazımi qolları vurduq və yekunda qələbə qazandıq.
- Demək olar ki, “Neftçi” 1:1-dən sonra ayıldı?
- Ayılmaq yox, sadəcə müəyyən vaxt rəqib oyunumuza, təzyiqimizə tab gətirirdi. Lakin 60-cı dəqiqədən sonra uşaqlar məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirə bildilər. Bu da qolları gətirdi.
- Şənbə günü olsa da, azarkeş çox az idi. Sizcə, bu nədən irəli gəlirdi?
- Onu dəqiq deyə bilmərəm. Ən azından “Forza Neftçi”yə təşəkkür edirəm. Onlar üçün evdə, yaxud səfərdə oynamağımızın fərqi yoxdur, hər zaman bizi dəstəkləyirlər. Onların dəstəyi bizi daha da ruhlandırır.
- 4 oyuna 9 xal. Startı “Neftçi” üçün nə dərəcədə uğurlu saymaq olar?
- “Neftçi”nin adı bizi həmişə maksimum nəticələr üçün oynamağa vadar edir. Ona görə biz istərdik ki, keçən tur da maksimum nəticə qazanaq. Lakin alınmadı. Mövsüm uzundur. Önümüzə baxmalıyıq. Səhvlərimizdən nəticə çıxmalı və oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
- 6-cı turdan sonra “Neftçi”ni gərgin qrafik gözləyir. Ardıcıl olaraq “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la üz-üzə gələcəksiniz. Demək olar ki, bu 3 oyun öncəsi “Neftçi”nin hədəfi qarşıdakı “İmişli” və “Qəbələ” səfərlərində maksimum nəticə toplamaqdır?
- 2 turdan sonra hələ milli fasiləsi var. Əslində həm “İmişli”, həm də “Qəbələ” yaxşı komandadır. Gələn tur Yevlaxda oynayacağıq. Buna qədər cari mövsüm süni ot örtüyündə meydana çıxmamışıq. Çalışacağıq ilk növbədə Yevlax səfərində qələbə qazanaq. Komandamızın qarşısında öhdəliklər var. Onları yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik.
- Minsk “Dinamo”su ilə oyunda hesab 2:0 olarkən bir qurtarış etdiniz və zədələndiniz. Az sonra isə bir qədər uğursuz qol buraxdınız. Düşünmürsünüz ki, ilk epizodda əvəzlənsəydiniz, həm sizin üçün, həm də “Neftç” üçün daha yaxşı olardı?
- Karyeramda çox zədələr olub. Müəyyən zamandan sonra insan ağrılarla oynamağa alışır. Mən də həmin anda zədəni hiss elədim, amma fikirləşirdim ki, komandama meydanda yardımçı olum. Belə hallar tez-tez olur. 2 il əvvəl “Kəpəz”lə oyunda öz müdafiəçimiz Mark Tamaşla oyunda toqquşmuşdum. Ondan sonra 1 ay yaşıl meydandan uzaq qaldım. Elə xarakterim var ki, ağrılara öyrəncəliyəm. İstədim meydanda olum. Fasilədə gördüm ki, ağrılarım artır və buna görə də əvəzləndim.
- Həmin vaxt Kenan Piriçin menecerinin şərhi geniş müzakirələrə səbəb oldu...
- Onunla bağlı “Neftçi”nin mətbuat xidməti lazımi açıqlamanı vermişdi. Artıq şərhə ehtiyac duymuram. Həm də artıq Piriçin də, menecerinin də “Neftçi” ilə əlaqəsi yoxdur. Onlara da gələcək karyeralarında uğurlar arzulayıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























