Ölkə futbolu
“Kəpəz”in bir atımlıq barıtı, Bağırovun master-klassı və “Qəbələ”nin oyanışı
Dünən keçirilən iki oyunla Azərbaycan Premyer Liqasında dördüncü tura start verildi. Açılış matçında “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edirdi. Bu, “qırmızı-qaralar”ın Kaxaber Sxadadzesiz ilk oyunu idi. Gürcü mütəxəssisin rəhbərliyi altında cari mövsüm 3 turda qol vura bilməyən “Qəbələ”nin onun gedişindən sonra fərqlənməsi üçün cəmi 14 dəqiqə lazım gəldi. Düzdür, ilk hissənin sonlarında rəqib hesabı bərabərləşdirsə də, ikinci 45 dəqiqədə “Qəbələ” istəyinə çatdı. Karim Rossi dördüncü matçında yeni klubunda qol hesabını açdı. Beləcə, “Qəbələ” mövsümdə ilk qələbəsini (2:1) qazandı. Əslində, mövsümün əvvəlində əksər mütəxəssislər “qırmızı-qaralar”ın cari mövsüm autsayder olmayacağını proqnozlaşdırırdılar. Çünki ötən mövsümlə müqayisədə “Qəbələ”nin heyətinin bu dəfə daha yaxşı komplektləşdirildiyi görünür. Elə dünənki matç da bölgə təmsilçisinin potensialının daha yaxşı nəticələrə imkan verdiyini göstərdi. Sadəcə hazırda komandaya təcrübəli baş məşqçi lazımdır. Dünən “Qəbələ” qələbə qazansa da, komandada baş məşqçiyə ehtiyac duyulduğu aşkar görünür. Mətbuatda yazılanlara inansaq, “Qəbələ” yenidən Elmar Baxşıyevə tapşırılacaq. Əslində, bu, elə ən yaxşı variant olar. Çünki həm Baxşıyev “Qəbələ”ni, həm də “Qəbələ” təcrübəli mütəxəssisi yaxşı tanıyır.
Dünən ikinci oyun isə Gəncədə keçirildi. Ötən tur “Turan Tovuz”u əliboş yola salan gəncəlilər bu dəfə “Şamaxı” ilə matçda eyni nəticəyə ümid edirdilər. Elə bu inam nəticəsində də Gəncə stadionuna 15 min azarkeş toplaşmışdı. Lakin 90 dəqiqə göstərdi ki, “Kəpəz”in barıtı bir atımlıq imiş. Ötən tur tovuzlularla matçda qələbə qazanılsa da, “Şamaxı” “Kəpəz”in daşını daş üstə qoymadı. 4:1-lik qələbə həm də Azər Bağırovun master-klassı idi. Təcrübəli mütəxəssis sabiq klubu ilə görüşdə həm də adaşı Məmmədov üzərində ikinci matçda ikinci qələbəsini qazandı. Maraqlıdır ki, adaşların ilk dueli də Gəncədə baş tutmuşdu. Bağırovun çalışdırdığı “Araz-Naxçıvan” Məmmədovun “Kəpəz”ini 3 qolla üstələmişdi. Bu yerdə istər-istəməz Azər Məmmədovun “Kəpəz”də 3 il əvvəl işlədiyi dövr yada düşür. Həmin vaxt Gəncə klubu ilk turda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etsə də, sonradan ardıcıl məğlubiyyətlərlə üzləşdi və nəticədə, səhv etmirəmsə, 7-ci turda Məmmədovla yollar ayrıldı. İnanaq ki, bu dəfə nəticələr daha qənaətbəxş olacaq. Çünki Gəncə azarkeşləri daha yaxşı nəticələrə layiqdirlər. Dünən gəncəli fanatların stadionda yaratdığı ab-hava həqiqətən də möhtəşəm idi.
Dünənki matç həm də çempionatın iki ən aşağı büdcəli komandasının mübarizəsi idi. “Şamaxı” “kasıbların dueli”ndən qalib ayrılmaqla bu mövsüm də “asan yem” olmayacağını göstərdi. Halbuki çoxları yaydakı dəyişikliklərdən sonra bölgə təmsilçisinin uğursuzluqla üzləşəcəyini ehtimal edirdilər. Lakin Azər Bağırov çox yaxşı komanda formalaşdırıb. Xüsusən də Ayman Bouali dünən əla çıxışla yadda qaldı. Mərakeşli legioner zədələr səbəbindən “Səbail”də özünü göstərə bilməsə də, “Şamaxı”da artıq qısa zamanda komandanın liderlərindən birinə çevrilib.
Uzun sözün qısası, görünən odur ki, “Şamaxı” yenə də əvvəlki illərdə olduğu kimi, liqada qalmaq yolunda çətinlik çəkməyəcək. “Kəpəz”in isə bu baxımdan işi daha çətin olacaq.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























