23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”

“Möhtəşəm stadion, möhtəşəm azarkeşlər. Hər şey çox gözəl idi. Oyun barəsində isə onu deyə bilərəm ki, rəqibin son matçında qələbə qazanmasının onlara motivasiya verəcəyini düşünürdük. Futbolçularım verilən tapşırıqları yerinə yetirə bildi. Onlara qarşıdakı matçlarda uğurlar azulayıram. Analizdən daha çox oyunçularımın bu matça motivasiyası daha yaxşı idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Kəpəz”i 4:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- "Şamaxı"nın bu mövsüm üçün hədəfi nədir?

- Demək olar ki, komandanı yenidən toparlamışıq. Premyer Liqada yerimizi möhkəmləndirib, Azərbaycan futboluna yeni adlar bəxş etmək istəyirik.

- Sizcə, qələbədə "Kəpəz"in zəif oyunu, yoxsa sizin yaxşı çıxış etməniz daha çox rol oynadı?

- Futbol elə bir şeydir ki, bu gün alına da bilər, alınmaya da bilər. Qolları vaxtında vura bildik və qələbə qazandıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31