22 Oktyabr 2026, Cümə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Amil Ağacanov: “Yaradılan fürsətlərdən istifadə edə bilmirdik”

“Qəbələ”nin məşqçisi Amil Ağacanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “İmişli”yə 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbəni belə dəyərləndirib:

“Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələr və standart vəziyyətlərdə yaxşı oynayır. Ona uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm".

Ağacanov "Qəbələ" əvvəlki 3 oyunda qol vura bilməmişdi, bu gün isə 2 qol vurdu. Problem nə idi?" sualını belə cavablandırıb: “Hansısa problemin olduğunu deməzdim. Çempionatın əvvəli idi. Sadəcə yaradılan fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi olaraq danışdıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31