21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

Kadi 3 oyunluq cəzalanıb

"Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Braziliyalı futbolçu Azərbaycan Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" - "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.

Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5000 manat cərimələnib.

III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib. Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən "Neftçi" daha 2000 manat cərimə edilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31