18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu

Azərbaycan Premyer Liqasının III turu antirekordla əlamətdar olub.

Futbolxeber.az saytının Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Orta məhsuldarlıq 0,83-ə bərabər olub.

"Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. "Kəpəz" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" matçlarında meydan sahibi, "Şəfa" - "İmişli", "Sumqayıt" - "Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Orta məhsuldarlığın 0,83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/2017 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub. Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan üçündə 10 il sonra da üz-üzə gələn cütlər olub. "Sumqayıt" - "Qarabağ" (0:2) və "Neftçi" - "Zirə" (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, "Qəbələ" - "İnter" (indiki "Şamaxı") qolsuz başa çatıb. "Kəpəz"lə AZAL-ın duelində də qol qeydə alınmayıb.

III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib. Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb.

2023/2024 mövsümünün sonuncu – XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb. 2024-cü il mayın 25-26-da keçirilən turda "Sumqayıt" "Qəbələ"yə, "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Kəpəz"ə evdə, "Sabah" "Neftçi"yə səfərdə 1 qolla qalib gəlib. Yalnız "Araz-Naxçıvan" - "Qarabağ" duelində (2:2) hesab fərqli olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31