24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki, bizə bəslənilən inamı doğruldaq”

Növbəti 4 il müddətinə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilən Elxan Səmədov bununla bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, PFL-in mətbuat xidmətinə açıqlamasında ilk növbədə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublara təşəkkür edib:

“Bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib. Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31