23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Klublarımızın avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb

Azərbaycan klublarının UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında keçirəcəkləri cavab oyunlarının hakim təyinatları müəyyənləşib.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - "Qarabağ" qarşılaşması Belçikadan olan Bram Van Drisşə həvalə olunub. Mişel Seeldraeyers və İv De Neve yan xətt hakimləri, Kevin Van Damm isə dördüncü hakim olacaq. VAR hakimi Bert Put, AVAR isə Vesli De Kremer təyin edilib.

Oyun iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz yekunlaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk) - "Neftçi" matçına Şimali İrlandiyadan olan Tim Marşall təyinat alıb. Ona Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn Makqoniql olacaq.

Görüş iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqasının "Zirə" - "Payde" qarşılaşmasını isə Xorvatiyadan olan Dario Bel idarə edəcək. Ona İvan Yaniç və Dino Knez kömək edəcək, dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Tərəflər arasında cavab matçı iyulun 31-də Bakıda keçiriləcək. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31