23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Mateuş Koxalski: “Çox yaxşı komandaya qarşı oynayırdıq”

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Futbolxeber.az saytına müsahibəsi:

 

- UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda ÇSKA (Sofiya) ilə bərabərə qaldınız (0:0). Oyunla bağlı fikirləriniz necədir?

- Çətin oyun alındı. Çox yaxşı komandaya qarşı oynayırdıq. Onlar bütün güclərini meydanda qoydular, bizə qarşı çox yaxşı çıxış etdilər. Biz də qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı.

- İstədiyiniz nəticəni qazanmağınıza nə mane oldu?

- Müəyyən çatışmazlıqlarımız oldu. Qol epizodlarından faydalana bilmədik. Bu da nəticəyə öz təsirini göstərdi.

- Cavab matçından gözləntiləriniz?

- Bəzi şeyləri dəyişməliyik. İkinci matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz səfərdə mərhələ adlamaqdır.

- Uğurlu nəticə üçün nələri dəyişmək lazımdır?

- İlk matçda çoxlu top itkilərinə yol verdik. Səfərdə daha diqqətli olmalıyıq. İstənilən halda “Qarabağ” yüksək səviyyəli komandadır və bunu ikinci görüşdə göstərməliyik.

- Azarkeşlərə nə demək istərdiniz?

- Ötən ev oyununda olduğu kimi, bu dəfə də azarkeşlər bizə əla dəstək nümayiş etdirdilər. Onları sevindirməyi çox istəyirdik. İnanıram ki, növbəti matçlarda fanatları daha çox sevindirəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31