23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

Rəşad Sadıqov: “Təəssüf ki, qol epizodlarından yararlana bilmədik”

“İlk dəqiqələrdən rəqib üzərində istədiyimiz təzyiqi yarada bildik. Qol epizodlarımız oldu. Təəssüflər olsun ki, həmin epizodlardan fərqlənə bilmədik. İlk hissə bizim üçün üstün keçdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Payde" ilə Estoniyada keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "İkinci hisəyə də yaxşı başladıq. Amma son 15-20 dəqiqədə oyun bərabərləşdi və bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan qabaq da demişdim ki, rəqibin Avropa təcrübəsi var. Bunu oyunun sonlarında da hiss etdik. İlk oyun olub, cavab matçında evdə yaxşı nəticə qazanıb mərhələni keçmək istəyirik".

Mütəxəssis “İki fərqli hissə izləməyimizin səbəbi nə idi?” sualını belə cavablandırıb: “İlk hissə böyük üstünlüklə oynayırdıq. Bu, aşkar görünürdü. Qol epizodlarımız var idi. Bəlkə də, ilk hissədə qələbə üçün ciddi addımlar ata bilərdik. İkinci hissədə müəyyən qədər oyun bərabər keçdi. Bəzən biz, bəzən rəqib üstün oldu. Son dəqiqələrdə rəqib xüsusilə standart vəziyyətdə təhlükəli olurdu. Elə qolu da bu şəraitdə buraxdıq. İnşallah Bakıda buradakı oyunumuzun 60-70 dəqiqəsindəki performansımızı 90 dəqiqə ərzində göstərməyə çalışacağıq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31