Ölkə futbolu
Vernidub: "Məğlubiyyət birinci növbədə mənim günahımdır"
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Dinamo"ya (Belarus) uduzduqları Bakıdakı ilk oyun (2:4) haqda danışıb.
Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən sonra təşkil olunan mətbuat konfransında əvvəlcə "Meydanda sanki toplanışdan yeni geri qayıtmış yox, avrokuboklarda uzun yol qət edib, yorğun "Neftçi" görünürdü. Nəyə görə bu qədər yorğun görünürdünüz" sualını cavablandırıb:
"İlk növbədə, sizi Milli Mətbuat günün münasibətilə təbrik edirəm. Bu suala cavab vermək mənim üçün çətindir. Hansısa komanda ilk 15-20 dəqiqə tam üstün olursa, 2 qol vurursa, bundan sonra hər şey dəyişir. Ötürmələrdə səhvlər edirdik, rəqibə şərait yaradılırdı ki, hücuma keçib hədəflərinə çatsınlar. Xüsusilə də, dəyişiklik 20-ci dəqiqədə Emil Balayevin çətin qurtarışından sonra oldu. Dərhal zədələndi. Oynamağa davam etdi. Yəqin ki, bunun da təsiri oldu ki, birinci qolu buraxdı. Fasiləyə 2:1 üstün yollandıq. Fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə idi. İkinci hissədə ikinci qolu buraxdıq. Qollar hamısı səhvlərin nəticəsində idi. Bir az da vaxt keçdi, yenə qol buraxdıq. Uzun ötürmə oldu, necə oldusa, növbəti qol buraxdıq. Sonra oynadıq, ən azı 2-3 qol epizodumuz var idi. Emil Səfərov və Rüfət Abbasovda qol epizodları oldu. Oturub oyunu təhlil edəcəyik. Nəticələr çıxarmaq lazımdır. Futbolçular haqda danışmaq istəmirəm. Birinci növbədə mənim günahımdır. Çünki baş məşqçiyəm. Özüm özümlə məşğul olmalıyam".
Mütəxəssis avrokuboklardan kənarda qalacaqları halda belə, vəzifəsindən istefa verməyəcəyinə işarə edib: "Siz düşünürsüz ki, iki oyun uduzandan sonra arxaya dönüb, getməliyəm? Mən fərqli düşünürəm. "Neftçi" tarixi klubdur. Mən birinci məğlubiyyətdən sonra "istefa verəcəksiniz?" deyilməsini görməmişəm. Cavab oyununa hazırlaşacağıq. Uda da bilərik. Sizə gülməli gələ bilər, mümkündür. "Dinamo" özü "Sielks"ə uduzdu, sonra qalib gəldi. Birinci oyunda uduzanda onların baş məşqçisinə deməmişdilər ki, istefa verirsiniz? Bu sualların verilməsi düzgün deyil. İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin".
Y.Vernidub azarkeşlərə də üz tutub: "Futboldur, belə şeylər olur. Elə komanda deyin ki, hər zaman hər yerdə qalib gəlir. Sizin də öz işinizdə xətalarınız olur, dərhal işdən çıxarmaq lazım deyil ki".
Baş məşqçi "Nəyə görə ilk 10 dəqiqədən sonra “Neftçi”də yarımmüdafiə xətti demək olar ki, yox idi? Klisman və Emin nə işə baxmalı idilər" sualını da cavablayıb: "Bu barədə çox danışmaq olar. Sadəcə birinci oturub oyuna baxmaq lazımdır. Görməliyik ki, bizdə nə alınmadı. Razıyam ki, 20-ci dəqiqədən sonra istədiyimiz pressinqi edə bilmədik. Ona görə də belə vəziyyətlər yarandı. Çox çətindir. Oyunu ayıq başla analiz etmək lazımdır. Belə oyunlardan sonra çox şey danışmaq olar. Ən yaxşısı heç nə deməməkdir. Nəticə çıxarıb, irəli getmək lazımdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
23.10.2026
22.10.2026
21.10.2026
























