6 Sentyabr 2026, Bazar günü
"Neftçi” liderliyə yüksəldi
"Qəbələ" və "Şamaxı"dan qələbə
Əfran İsmayılovun israfçılığı...
"Zirə"dən növbəti transfer

Ölkə futbolu

Rəşad Sadıqov: “Çalışacağıq ki, rəqibin oyununu pozaq”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsində "Payde"yə qarşı keçirəcəkləri ilk oyun haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis səfər matçından öncə keçirilən mətbuat konfransında komandasını gərgin oyunun gözlədiyini deyib:

"Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun çox önəmlidir. Rəqib evdə oynayır, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. "Payde" avrokuboklarda təcrübəli komandadır. Sabah bizi maraqlı və gərgin oyun gözləyir".

O, 1-ci təsnifat mərhələsindəki rəqibləri "Torpedo" ilə "Payde" arasındakı fəqlərdən də söz açıb:

"Rəqibləri oyun fəlsəfələri arasında oxşarlıqlar var. Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidirlər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Çalışacağıq ki, rəqibin oyununu pozaq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30