22 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi

Ölkə futbolu

“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi

“Neftçi” və “Qarabağ”ın avrokubok oyunları ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, hər iki qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, metropoliten ardıcıl olaraq 2 gün gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Metropolitenin əməliyyat planına uyğun olaraq, ilk gücləndirmə tədbirləri iyulun 22-də “Neftçi” – “Dinamo” (Belarus) matçının keçiriləcəyi 8-ci km stadionu yaxınlığında yerləşən “Xalqlar dostluğu” stansiyasında tətbiq ediləcək. Burada xüsusi növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.

İyulun 23-də isə “Qarabağ” - ÇSKA (Bolqarıstan) görüşünün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığındakı “Gənclik”, o cümlədən “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Hər iki oyun başa çatdıqdan sonra zərurət yaranarsa, metropolitenin digər stansiyalarında da qatarların hərəkəti qeyd edilən stansiyaların iş rejiminə uyğun tənzimlənəcək.

Ümumilikdə isə hər iki gün qatarların hərəkəti mövcud yay qrafikinə uyğun təşkil olunacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31