Ölkə futbolu
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub sabah UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Minsk “Dinamo”suna qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Siz təkcə yaşıl meydanda mübarizə aparmamısız. Rəqibin təmsil etdiyi ölkə sizə fərqli motivasiya verir?
- Elə bir fərq yoxdur. Bu sualla yanaşı, kapitana verdiyiniz suala şərh vermək istəyirəm. Arzum var ki, “Neftçi” 90 illiyində ölkə çempionu olsun, "Neftçi" buna layiqdir. Böyük tarixə olan klubdur. Biz bunu xüsusi olaraq arzulayırıq. Digər arzumuz Konfrans Liqasında qruplara düşməkdir. Özüm heç vaxt qruplarda olmamışam. Yaxşı təcrübə olardı. Zaman göstərəcək hər şeyi. Biz onun üçün kifayət qədər hazırlaşmışıq. "Dinamo" öz ölkəsinin çempionudur. Orada bu dəqiqə çempionatın qızğın vaxtıdır. Bu, onlara tempdə olmaq baxımından bizdən üstün edir. İlk növbədə “Dinamo”nu keçməyə çalışacağıq ki, digər rəqiblər barədə düşünək.
- Hazırkı heyətiniz çempionluq uğrunda mübarizə aparmağa yetəcək?
- Bugünkü gündə komandanın özəyi var. Oyunlara davam edə bilərik. Amma transfer işlərimiz davam edir. Sadəcə hər şey o qədər də asan olmur. Əlbəttə ki, 100 faiz əlavələrimiz olacaq. Hazırda 3 qapıçı, 20 oyunçumuz var, onlarla davam edəcəyik. Mən də, klub rəhbərliyi başa düşürük ki, güclənməyə ehtiyacımız var. Bunun üçün transferlərə ehtiyac var. Vaxt qalıb bir az. Bu yöndə işlər gedir. Bilirik ki, yeni oyunçuların gəlməsi qarşıya qoyulan hdəflərə çatmağa kömək olacaq.
- Potensial rəqibin "Braqa" olması rəhbərliyin transferləri davam etdirməsinə mane ola bilər?
- Bu suala cavab vermək çətindir. Çünki rəhbərliyə aid olan məsələdir. Komandanın özəyi var. Bizdə elə mövqelər var ki, oranı gücləndirməliyik. Rəqiblərə qarşı daha rahat oyun sərgiləyək. Bizim rəhbərliklə, klub prezidenti ilə daimi əlaqələrimiz var. Birlikdə çalışırıq. Transfer məsələsi o qədər də asan deyil. Bizə elə oyunçular gəlməlidir ki, komandamızı gücləndirsin. Yalnız bu cür oyunçuların gəlişinə razılıq veririk.
- "Neftçi" - "Dinamo" matçı ərəfəsində üstün komanda hansıdır?
- Çox çətin sualdır. Birbaşa cavab verə bilmərəm. Hər komanda yaxşı olduğunu düşünür. Oyun bitsin, nəticələrə əsasən deyə bilərik ki, hansı komanda daha yaxşıdır.
- Uğurlu start üçün meydanda həlledici amil nə olacaq?
- Hansı komanda özünü ən yaxşı tərəfdən göstərməsindən asılı olacaq... Çox istəyərdim ki, bu, mənim komandam olsun. "Dinamo"nun baş məşqçisi isə onun komandasının olmasını istəyir. Maksimumu edəcəyik ki, sizləri sevindirək.
- "Dinamo" "Sileks"lə ilk görüşdə uduzmuşdu. Amma Şimali Makedoniyada qalib gələrək, mərhələni adladı. Bu, sizin üçün gözlənilməz oldu, yaxud planlarınıza təsir etdi?
- Çətin oyun idi. "Sileks" tam bağlanmışdı, "Dinamo" zərbə endirə bilmədi. İkinci oyunda isə "Dinamo"nun daha çox bəxti gətirdi. Hardasa hər iki görüş çətin alındı.
- Sabah "Neftçi"nin ifasında mövsüm ərzindəki oyununun davamını görəcəyik? Çünki Varqas yoxdur, adətən yalançı 9 nömrə mövqeyində oynayırdı...
- Sabahı gözləyək (gülür). Hər şeyi görəcəksiniz.
- Hansı mövqelərə oyunçu gətirəcəksiniz?
- Bu məsələ məndə qalsın. Gətirəndə, görəcəksiniz. Sabahkı oyundan öncə kartlarımı niyə açım? (gülür). Biz öz rəqibimizə hörmət edirik, amma ondan qorxmuruq. Yeni oyunçuları gətirmək istəyirik. Əlimizdən gələni də edirik.
- "Neftçi" azarkeşlərində sizin gəlişinizdən sonra böyük ümid yaranıb. Konfrans Liqasının püşkatmasında potensial rəqibin "Braqa" çıxmasından sonra "Şerif"də olduğunuz müddətdə "Braqa"ya qalib gədliyiniz oyunlu da paylaşmışdılar. Bütün bunlar sizdə təzyiq yaratmır ki? Çünki sizə çox güvənirlər...
- Təzyiqi hiss etmirəm. Çünki kifayət qədər təcrübəm var. Səmimi desəm, ailə daxilində bunu hiss edərəm. Amma oyunda, işdə bunu heç vaxt göstərmərəm. Bu, çox normaldır. Azarkeşər niyə tələb edir? Çünki hər zaman səndən yaxşı nəticə gözləyirsə, təzyiq olacaq üzərində. Bu təzyiqi həmişə görmüşəm, olub, olacaq. Biz nə etməliyik? Buna hazır olmalıyıq. Mən də hazır olmalıyam, futbolçular da. Onlar olandan sonra təzyiqin ciddi təsiri olmayacaq. Hər şey yaxşı olanda, hamı səni sevir. Yaxşı olmayanda hamı sənə nifrət edir. Məhəbbətdən nifrətə bir addım yol var. Düşünürəm ki, təkcə mənim həyatımda belə deyil. Sadəcə hazır olmaq və irəli getmək lazımdır. Yol gedənindir (gülür).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Qarabağ"ın "Xaric segah"ı...
-
23:56
"Neftçi" "Şəfa" ilə oyuna hazırdır FOTOLENT
-
23:34
Andrade “Polesye”də qol hesabını açdı
-
23:18
"Şamaxı" "Kəpəz"ə dərs keçdi VİDEO
-
22:47
Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”
-
22:22
"Qəbələ"nin qələbəsi VİDEO
-
22:05
"Qəbələ" və "Şamaxı"dan qələbə
-
21:33
Amil Ağacanov: “Yaradılan fürsətlərdən istifadə edə bilmirdik”
-
20:11
I Liqada ilk tura yekun vuruldu
-
19:49
“Kəpəz” - “Şamaxı”: Heyətlər müəyyənləşdi
-
18:20
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
-
17:36
Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
-
17:14
Cüdoçularımız Avropa çempionatının ikinci yarış gününü mükafatsız başa vurublar
-
16:48
"Qəbələ" - "İmişli" : Heyətlər açıqlandı
-
15:57
Kadet boksçular arasında Azərbaycan kubokunun qalibləri müəyyənləşib
-
15:32
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti açıqlandı
-
15:00
İstanbul derbisi ona tapşırıldı
-
14:43
"Xankəndi"dən yeni transfer
-
14:25
Füzuli Məmmədov: “İlk oyununda qələbə psixoloji cəhətdən olduqca vacibdir”
-
13:51
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
-
13:09
İsveçrə millisinin üzvü "Torino"da
-
12:46
"Neftçi"dən ayrılan qapıçı Latviya klubunda
-
11:14
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
-
10:38
Əfran İsmayılovun israfçılığı...
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
Toral oynadı, "Bursaspor" qələbə qazandı
-
22:36
Muradın komandası Superkubokun qalibi oldu
-
21:55
Mahirin qolu xal qazanmaq üçün kifayət etmədi
-
20:08
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu
-
19:45
Boks üzrə Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start veriblər
-
19:19
“Şahdağ-Qusar” və "Karvan-Yevlax"dan qələbə, “Səbail” xal itirdi
-
19:00
Qadınlardan ibarət basketbol millimizin 6 üzvü ABŞ-də təhsil alacaq
-
18:32
"Zirə"dən növbəti transfer
-
17:27
U-21 millimizin oyunlarının tarixləri məlum oldu
-
17:06
Vüsalə Kazımova Avropa çempionatında tibbi təhlükəsizliyə nəzarət edir
-
16:54
Kadi 3 oyunluq cəzalanıb
-
16:41
“Neftçi”nin sabiq müdafiəçisi "Olimpiakos"da
-
15:33
Azərbaycan kikboksçusu Dünya Kubokunda qızıl medal qazanıb
-
14:15
"Trabzonspor" tarixinin ən bahalı transferi
-
13:58
Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb
-
13:29
"Mançester Siti"ni "Benfika"ya dəyişdi
-
13:00
IV turun hakim təyinatları açıqlandı
-
12:42
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
12:17
Məşhur futbolçuların həkimi Elvini əməliyyat etməsindən yazdı
-
11:54
I Liqa klubu iranlı hücumçu transfer etdi
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:21
“Şahdağ-Qusar” U-21 millimizin üzvü ilə gücləndi
-
10:03
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
-
09:45
"Səbail"dən adının dəyişdirilməsi ilə bağlı açıqlama
-
23:45
“Sumqayıt”ın Yay Futbol Düşərgəsində ikinci mərhələ başa çatıb FOTOLENT
-
23:28
Millət vəkilindən “Dinamo”ya dəstək FOTOLENT
04.09.2026
03.09.2026
02.09.2026
























