14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov dünən “Şamaxı”ya qarşı keçirilən yoxlama oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qolsuz bərabərliklə başa çatan görüşü belə şərh edib:

"Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31