20 Oktyabr 2026, Çərşənbə axşamı
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – ÇSKA (Sofiya, Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 22-də saat 18:00-da “Azersun Arena”da baş tutacaq. Saat 18:20-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandanın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.

Qonaq komandanın baş məşqçisi Hristo Yanevin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı 19:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 20:00-da baş tutacaq.

Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - ÇSKA görüşü saat 20:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31