Ölkə futbolu
“Sabahın Ulduzları”, xoş gəlir avazları
Dünən AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi, eyni zamanda məlumatlandırma sessiyası keçirildi. “Alpex” yarışın əsas sponsoru olacaq. Özəl şirkətlərin bu cür layihələrə dəstək göstərməsi sevindirici haldır. Ümumiyyətlə, Azərbaycan futboluna nə qədər çox sponsor cəlb edilsə, bir o qədər faydalıdır.
“Sabahın Ulduzları” layihəsinin “həyata dönməsi” sevindirici haldır. Tədbirdə də qeyd edildiyi kimi, illər öncə təşkil edilən bu yarış Azərbaycan futboluna onlarla yeniyetməni qazandırıb. Bu gün üzdə olanların bir qismi ilk dəfə məhz bu turnirdə parlayıblar. Bir sözlə, təşəbbüs gözəldir. Amma əmmaları da yox deyil.
Birincisi, turnirin zamanı uyğun seçilməyib. 1 avqust-27 sentyabr. Məlum məsələdir ki, Azərbaycanda sentyabrın 15-nə qədər məktəblərdə tətildir və uşaqların hərəsi bir yerdə olur. Kimisi istirahət üçün valideynləri ilə ölkə xaricinə üz tutur, kimisi rayonlara, kimisi də nənəsinin-babasını yanına gedir. Belədə bütün futbolçuların turnirdə iştirakı sual altına düşür.
Ümumiyyətlə, görünən odur ki, budəfəki “Sabahın Ulduzları” bir yarışdan daha çox oktyabrda Azərbaycanda keçiriləcək FİFA U-15 dünya çempionatı üçün seleksiya xarakteri daşıyır. Əks halda yarış niyə tez-bazar keçirilsin ki? Çünki daha əvvəl “Sabahın Ulduzları” uzun müddət davam edirdi və oyunlar şənbə-bazar günü keçirilirdi. İndi turniri tələm-tələsik keçirmək dediyimiz kimi, açıqlanmasa da, böyük ehtimalla, məhz U-15 dünya çempionatına hesablanıb. Ümid edək ki, növbəti turnirlər hansısa yarışa deyil, həqiqətən də “Sabahın Ulduzları”nın aşkarlanmasına hesablanacaq.
Vaxtı ilə “Sabahın Ulduzları” turnirində “Neftçi” ilə yanaşı, “Bakı”, “İnter” kimi komandalar əsas iddialılar idi. Təəssüf ki, bu gün nə “Bakı” var, nə də “İnter” (hüquqi cəhətdən “Şamaxı” “İnter”in xələfi olsa da, bu iki klub arasında yerlə göy qədər fərq var). Belədə adam istər-istəməz pessimistliyə qapılır. Düşünürsən ki, yarışı bərpa etmək olar. Amma futbolçu yetişdirən o klublar yoxdursa, lap gündə bir yarış keçir, nə faydası... Təki biz yanılaq...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
-
21:17
Gəncədə qarşılıqlı qollar VİDEO
-
21:00
Rəşad Sadıqov: “Hər şeyi mətbuat konfransında danışmaq olmur”
-
20:23
“Turan Tovuz” uduzdu, “Zirə” məğlubiyyətdən qaçdı
-
19:55
"Turan Tovuz"un məğlubiyyəti VİDEO
-
19:29
Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb
-
18:31
II Liqa: 3 oyunda 16 qol
-
18:04
Berdiyev məğlubiyyəti şərh etdi
-
17:42
“Kəpəz” - “Zirə”: Heyətlər müəyyənləşdi
-
16:16
Azərbaycan Premyer Liqası: 2 turun oyun cədvəli açıqlandı
-
15:58
İtirilən 2 xal, qazanılan onminlərlə ürək...
-
15:37
"Barselona"dan 5 qollu qələbə VİDEO
-
15:23
Cüdoçularımız Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
-
15:00
"Roma" "Cenoa"ya qalib gəldi VİDEO
-
14:43
“Qarabağ” çempion olmaq istəyir”
-
14:15
"Fənərbaxça" "Alantaspor"a şans tanımadı VİDEO
-
13:51
Yevlaxda heyətlər açıqlandı
-
13:39
"Napoli" autsayderlə bacarmadı VİDEO
-
13:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:42
"Liverpul"dan əzmkar qələbə VİDEO
-
12:26
DÇ: Daha iki güləşçimiz medal qazanıb
-
11:57
Netonun dublu "Çelsi"yə qələbə qazandırdı VİDEO
-
11:38
Dadaşovun komandası böyük hesabla məğlub oldu
-
11:13
"Qalatasaray" avtoqolla sevindi VİDEO
-
11:00
Qustavo Klisman: “Vurduğum iki qolu “Neftçi”nin qələbəsinə dəyişərdim”
19.10.2026
18.10.2026
























