19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

"Qarabağ"ın da potensial rəqibi bəlli oldu

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibinin adına aydınlıq gəlib.

II mərhələnin "Qarabağ" - ÇSKA (Bolqarıstan) cütü Ağdam təmsilçisinin yüksək reytinqinə görə səpələnmişlər səbətində yer alıb. Bu cütün qalibi üçüncü mərhələdə səpələnməmişlər səbətindəki “Şerif” (Moldova) - “Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.

Həmçinin püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub. Cütün məğlubu “Levski” (Bolqarıstan) və ya “Universitatya” (Krayova, Rumıniya) ilə qarşılaşacaq. "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubu 3-cü mərhələdə ilk oyunu evdə keçirəcək.

AL-də üçüncü mərhələnin ilk matçları avqustun 6-na, cavab görüşləri avqustun 13-nə təyin olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31