19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

“Qarabağ” azarkeşlərə səsləndi: “Gəl, stadionda birlikdə qələbə qazanaq”

“Qarabağ” sosial şəbəkə hesabları vasitəsi ilə azarkeşlərə müraciət edib.

Futbolxeber.az saytının məlumatına görə, klub paylaşımında UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya qarşı keçiriləcək ev oyunu üçün biletləri iTicket.az-dan almağa səsləyib:

“Biz, birlikdə "Qarabağ"ıq. Gəl, stadionda birlikdə qələbə qazanaq”.

Xatırladaq ki, “Qarabağ” - ÇSKA oyununun biletləri iyulun 18-dən satışdadır.

Standart biletlərin qiymətləri:

5, 10, 15 və 20 AZN

VIP sektorlar: 50, 75 və 100 AZN

VVIP sektorlar: 150 AZN

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31