2 Sentyabr 2026, Çərşənbə
"Sumqayıt" "Qarabağ"a məğlub oldu
"Neftçi" xorvatiyalı yarımmüdafiəçi transfer etdi
“Qəbələ” Sxadadze ilə yolları ayırdı
Dani Bolt “Qarabağ”dan getdi

Ölkə futbolu

Cenk Sümer: “Qarşımıza çempionluq hədəfi qoymuşuq”

Bu gün “Neftçi”nin azarkeşlər və jurnalistlər üçün açıq məşqi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer media üçün brifinq keçirib. Türkiyəli funksioner əvvəlcə “ağ-qaralar”ın 2026/2027 mövsümündəki hədəflərindən söz açıb:

“Qarşımıza çempionluq hədəfi qoymuşuq. Klub dəyişiklikdən keçir. Təzə komanda qurmaq bir mövsümdə alınmır. Heyətə yeni oyunçular cəlb olunub. Axtarışlarımız davam edir. "Neftçi"nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokubokda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanırıq”.

O, ədalətli mövsüm keçməsini arzulayıb: “Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Biz təlim-məşq toplanışını başa vurmuşuq. Futbolçular çox sayda məşqlər ediblər. Yeni transferlərimiz də var. Yoxlama oyunlarında meydana çıxdılar. Baş məşqçimiz və futbolçular hər şeydən razıdırlar".

Sümer ötən mövsüm icarə əsasında heyətdə yer alan Freddi Varqası transfer etmək istədiklərini söyləyib: “Varqas ötən mövsüm yaxşı təsir bağışlayıb. Danışıqlar davam edir. Müsbət yekunlaşacağına inanıram. Amma müqavilə imzalanmadan nəsə demək olmur”.

Baş icraçı direktor avrokubokda Liqa mərhələsinə vəsiqə qazanmaq istədiklərini vurğulayıb: “Liqa mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma bu, heç də asan deyil. Bütün komandaların məqsədləri var. Avrokuboklarda yaxşı nəticələrə nail olacağımıza inanıram".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30