17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Qarabağ” - ÇSKA oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - ÇSKA (Sofia, Bolqarıstan) oyununun biletləri sabahdan satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edir. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manat qiymətindədir.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” - ÇSKA görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31