17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı

“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində klubun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq. Eyni zamanda, şirkətin loqosu “Neftçi”nin rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.

“Aerowingo” beynəlxalq aviabiletlərin, otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması üzrə fəaliyyət göstərən onlayn səyahət platformasıdır. Platforma fərdi istifadəçilərə, korporativ müştərilərə və turizm agentliklərinə geniş səyahət həlləri təqdim edir

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31