17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

"Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) ilə keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Bakıda oynanılacaq illk matç italiyalı hakimlərə tapşırılıb.

Referi Daniele Çiffiyə Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-a Valerio Marini, AVAR-a isə Federiko La Penna təyin edilib.

Sodiyadakı cavab görüşü belçikalı hakimlərə həvalə olunub. Bram Van Drişşeyə Mişel Seldreyers və İv De Neve kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək. VAR Bert Puta, AVAR isə Vesli De Kremerə tapşırılıb.

Xatırladaq ki, "Qarabağ"la ÇSKA arasında ilk oyun iyulun 23-də, cavab matçı iyulun 30-da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31