17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

“Neftçi”nin Konfrans Liqası matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” - “Dinamo” (Minsk) matçının biletləri mövsümlük bilet sahibləri üçün satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, qiyməti 2.50 (“Şərq 1”, “Şərq 2”, “Qərb 1” sektorları), 4 (“Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 6 (“Banişevski alt” sektoru), 17.50 (“VIP Silver”, “VIP Family” sektorları) və 25 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

50% endirimli biletləri yalnız mövsümlük bilet sahibləri 24 saat ərzində “Neftçi PFK” mobil tətbiqində və ya bilet.neftchi.az saytında “matçlıq bilet al” bölməsinə daxil olaraq, əldə edə bilərlər.

Ümumi satış isə sabahdan etibarən həyata keçiriləcək.

Stadionunun kassasında biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31