17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

"Qarabağ" İtaliyada beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandası İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Komanda 5-8 iyun tarixlərində İtaliyanın Palmanova şəhərində təşkil olunacaq 9-cu “Fabio Zuccheri Cup” beynəlxalq turnirində qüvvəsini sınayacaq.

"Qarabağ" 12 komandanın mübarizə aparacağı yarışda B qrupunda yer alacaq. Komanda qrup mərhələsində İtaliyanın “Bolonya”, "Karlin Muzane" və Xorvatiyanın “Hayduk” klubları ilə qarşılaşacaq.

Turnirdə iştirak edəcək digər komandalar arasında İtaliyanın “Atalanta”, “Venesiya” və “Udineze”, Bosniya və Herseqovinanın “Jrinski”, Sloveniyanın “Primorye”, həmçinin Xorvatiyanın “Lokomotiv” (Zaqreb) klubları da yer alır.

Reqlamentə əsasən, qrup qalibləri və ən yaxşı nəticə göstərən ikinci yer sahibi yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Digər komandalar isə 5-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Qrup mərhələsinin oyunları təbii örtüklü "Armando Zimolo Trivinyano" stadionunda keçiriləcək. Oyunlar 20 dəqiqəlik iki hissədən ibarət olacaq.

"Qarabağ" ilk oyununu iyunun 6-da "Karlin Muzane", daha sonra isə “Bolonya” və “Haydukla qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları və bağlanış mərasimi iyunun 7-də baş tutacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31