17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama

AFFA UEFA-nın "Turan Tovuz"u Konfrans Liqasında iştirak hüququndan məhrum etməsi ilə balı qərarına aid daha bir açıqlama yayıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirilib:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə  Azərbaycanı təmsil edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31