17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

“Şəfa”ya texniki məğlubiyyət verilib

AFFA U-16 Qızlar Liqasında və Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, AFFA U-16 Qızlar Liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan "Şəfa" - "Turan Tovuz" oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və "Şəfa"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən "Real" - "Qaradağ Şıxlar" matçında "Real"ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Eyni turnir çərçivəsində mayın 31-də baş tutan "Aran Beyləqan" - "Füzuli" görüşündə isə "Füzuli"nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31