17 Avqust 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi

Ölkə futbolu

Təmkin Xəlilzadə: “Serbiya ilə oyun finala bərabər olacaq”

“Artıq turnirdə dörd komanda qalıb. Serbiyanın da gücünü bilirik. Vaxtımız da var. Məşqçilər təhlil edəcəklər və tapşırıqlarını verəcəklər. Hansı yığmaya qarşı oynayacağımızı da çox yaxşı başa düşürük. Rəqiblər bizdən də çəkinirlər, yaxşı oyunçularımız var. Serbiya ilə qarşılaşma finala bərabər olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol üzrə milli komandamızın üzvü Təmkin Xəlilzadə deyib.

Təcrübəli futbolçu qitə birinciliyinin 1/4 finalında Çexiyanı 5:2 hesabı ilə üstələdikləri oyundan da danışıb:

"Komandamızın yeganə motivasiyası var idi. Xalqımızın bizdən nə gözlədiyini bilirdik. Yarışa son dünya çempionu kimi gəlmişik. Bizə ümidlər böyükdür. Ona görə ciddi hazırlaşmışdıq. Rəqibin də gücünü bilirdik. Elə mərhələdəyik ki, burada zəif komanda olmur. Həm də hər gün matça çıxırıq. İstər-istəməz yorğunluq da olur. Oyun gözlədiyimizdən rahat alındı. Hər şey istədiyimiz kimi oldu. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Lazım olan nəticəni də qazandıq. Komandada kimin fərqlənməsinin fərqi yoxdur. Əsas odur ki, qalib gələk. Qol vuranda futbolçü üçün ikiqat sevinc olur. Yarımfinala vəsiqə qazandığımız üçün çox sevincliyik. Ancaq qalibiyyət haqqında düşünürük".

Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də "Tipos Arena"da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31