17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Millimizin Malta və San Marino ilə oyunlarının hakimləri müəyyənləşdi

Azərbaycan milli komandasının iyunun 5-də Malta yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Mixali Kaprali olacaq. Ona yan xətdə Balaş Buzaş və Bençe Belitsa kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Tamaş Boqnar yerinə yetirəcək.

İyunun 5-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

İyunun 9-da keçiriləcək Azərbaycan - San Marino görüşünü də macar hakimlər idarə edəcək. Baş hakim Marton Ruş olacaq. Ona yan xətdə Balaş Şert və Balaş Şalai kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Bençe Çsonka yerinə yetirəcək.

Qeyd edək ki, San Marino ilə görüş də Bakı vaxtı ilə 22:00-da start götürəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31