21 Oktyabr 2026, Çərşənbə
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”

Ölkə futbolu

“Söz verirəm ki, ya Çexiya ilə oyunda, ya da finalda mən də qol vuracağam"

“Bütün xalqımızı təbrik edirəm. Ağır oyun alındı. Layiqli qələbə qazandıq. Bundan sonra da asan qarşılaşma olmayacaq. Artıq bu görüşü unutmalı və növbəti matç haqqında düşünməliyik. Buradan çempion kimi getmək istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol millimizin qapıçısı Ağaseyid Qasımov Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri oyun (3:2) barədə danışarkən deyib.

Təcrübəli qolkiper rəqibin sərt oyununa da münasibət bildirib: "Qazaxıstan komandasının belə sərt oynayacağını gözləyirdik. Üçüncü dəfədir ki, onlara qarşı mübarizə aparırıq. Bütün oyunlarda sərt mübarizələr görmüşük. Buna da hazır idik, öhdəsindən gəldik və layiqli qalibiyyət əldə etdik".

A.Qasımov 1/4 finalda Çexiyaya qarşı keçirəcəkləri görüşdə şansları dəyərləndirib:

"Bu komanda ən yaxşı rəqiblərdən biridir. Xalqımızı sevindirmək və çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Söz verirəm ki, ya Çexiya ilə oyunda, ya da finalda mən də qol vuracağam".

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31