21 Oktyabr 2026, Çərşənbə
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”

Ölkə futbolu

UEFA-dan “Turan Tovuz”a qarşı anormal yanaşma...

Son günlər “Turan Tovuz” ətrafında baş verənlər üzücüdür. Qeyri-rəsmi məlumata görə, 7 il əvvəl Tovuz klubunun bir neçə futbolçusunun danışılmış oyunda iştirakı komandanın qarşıdakı mövsümdə avrokuboklarda çıxışına əngəl olur.  

Amma kim nə deyir desin, UEFA həqiqətən də Tovuz klubunun Avropaya gedən yolunu kəssə, bunun adı biabırçılıq, rəzillik olacaq. İnsanların 1 il ərzində çəkdiyi əziyyəti yerə vurmaq olmaz. Üstəlik, belə bir şey var idisə, qitə futbol qurumu niyə Tovuz klubuna lisenziya verirdi? Yox, lisenziya verilibsə, komanda indi necə kənarda qala bilər?

Bir sözlə, suallar çoxdur.

İndiki məqamda AFFA-nın da üzərinə iş düşür. Onsuz da son iki ildə assosiasiya ciddi bir iş görməyib, heç olmasa hazırkı məqamda "Turan Tovuz"a dəstək olsunlar.

Bu məsələdə ən anlaşılmaz məqam odur ki, əgər "Turan Tovuz" günahkardırsa, komanda Premyer Liqada necə çıxış edir? Necə ola bilər ki, hansısa komanda daxili birincilikdə çıxış edir, amma UEFA yarışlarına buraxılmır? Yox, ölkə çempionatına çıxışında problem yoxdursa, UEFA yarışlarına niyə buraxılmasın? Bir sözlə, UEFA-nın yanaşması çox anormaldır...

İBRAHİM

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31