12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

Elşad Quliyev: “Oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq”

Minifutbol millimizin baş məşqçisi Elşad Quliyev Avropa çempionatındakı ilk matçda Avstriya üzərində qazanılan qələbəni şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Əvvəlcə 28 May - Müstəqillik Günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Həmçinin komandamızı qələbə münasibəti ilə təbrik edirəm. İlk oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq. Rəqib yaxşı kollektivdir. Ümid edirəm ki, növbəti görüşlərdə yaxşı nəticə qazanacaqlar".

E.Quliyev çətin qrupa düşdüklərini söyləyib:

"İtaliya seçməsi Fransa ilə görüşdə yaxşı oyun nümayiş etdirdi. Onlara qarşı tədbirlər alacağıq. Dünya çempionatında daha çox dəstəyimiz var idi. Azarkeşlərin tribunada olması oyunçulara daha çox motivasiya verir. Geniş heyətlə gəlmişik. Bu gün 10 futbolçudan istifadə etdik. Hər rəqib fərqli oyun göstərir. Tanımadığımız komandaya qarşı mübarizə aparmaq çətindir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31