12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

İmad Faraj: “İndi qrup mərhələsi barədə düşünməliyik”

“Kəpəz”lə oyun yaxşı oyun keçdi. Düzdür, ilk hissədə baxımlı futbol sərgiləyə bilmədik, qol epizodları yaratmaqda çətinlik çəkirdik. Lakin ikinci hissədə yaxşı oynadıq. Birdən daha artıq qol vura bilərdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin hücumçusu İmad Faraj Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, matçın ikinci hissəsində xeyli qol şansını qaçırmalarının səbəbini belə izah edib: “Komandada bir qədər yorğunçuluq var idi. Buna qədər çox güc sərf etmişdik. Lakin bütün bunlar qələbə qazanmağmıza mane olmadı”.

Fransız futbolçu bildirib ki, məqsədləri mövsümü qələbə ilə başa vurmaq idi: “Kəpəz”lə görüşün nəticəsi turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi. Buna baxmayaraq, mövsümün son oyun idi. Qalib gəlmək istəyirdik. Baş məşqçimiz də bizdən 3 xal qazanmağımızı tələb edirdi. Çempionatı qələbə ilə başa vurmaq istəyirdik”.

Faraj “Neftçi”nin avrokuboklarda uğurlu çıxış edəcəyinə inanır: “Təbii ki, avrokuboklara vəsiqə qazandığımız üçün şadıq. Lakin bununla kifayətlənmək olmaz. İndi qrup mərhələsi barədə düşünməliyik. Baş məşqçimizlə biz bunu bacararıq”.

Sonda 27 yaşlı futbolçu ölkəmizdə özünü yaxşı hiss etdiyini vurğulayıb: “Klubla hələ 2 illik müqaviləm var. “Neftçi”də hər şey məni qane edir. Bakıda olmaqdan məmnunam”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31