12 Oktyabr 2026, Bazar ertəsi
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Ölkə futbolu

"Turan Tovuz"u DÇ-2026-da qürurla təmsil edəcəyəm"

"Turan Tovuz"un müdafiəçisi Roderik Miller DÇ-2026 üçün Panama millisinin yekun heyətinə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, klubun mətbuat xidmətinə danışan futbolçu bu tarixi anı karyerasının ən xoşbəxt və qürurverici hadisələrindən biri kimi dəyərləndirərək əldə etdiyi uğurda klubunun rolunu xüsusi vurğulayıb:

“Dünya çempionatına dəvət almaq karyeramın ən xoşbəxt və qürurverici anlarından biridir. Allaha, ailəmə, “Turan Tovuz”a, komanda yoldaşlarıma və məni həmişə dəstəkləyən bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Ölkəmiz üçün hər şeyi verəcəyimə söz verirəm.

“Turan Tovuz” bu nailiyyətimdə çox mühüm rol oynadı, çünki mən burada həm oyunçu, həm də insan kimi çox böyüdüm. Bu ana çatmağımda kömək edən etibar və dəstəyə görə kluba, məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərə çox minnətdaram.

Panama və “Turan Tovuz” azarkeşlərinə həmişə mənə göstərdiyi bütün dəstək və sevgiyə görə təşəkkür etmək istəyirəm. Hər ikisini Dünya kubokunda böyük qürurla təmsil edəcəyəm və əlimdən gələn hər şeyi edəcəyəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31