10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

I Liqada mingəçevirli və zaqatalalı azarkeşlər fərqləndi

I Liqada 2025/26 mövsümünün oyunlarını 25 min 710 tamaşaçı izləyib.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, nəticəsi ləğv olunan “Zaqatala” - MOİK matçı nəzərə alınmaqla baş tutan 135 görüşdə orta göstərici 190-a bərabər olub.

Sonuncu – 27-ci turun “Mingəçevir” – “Səbail” görüşü mövsümün ən çox izləyici toplayan qarşılaşması olub. Mayın 22-də Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutan görüşü 2750 tamaşaçı seyr edib.

Mövsüm ərzində daha 4 dəfə bu göstərici 1000-ə bərabər olub. Bu matçların hamısına “Mingəçevir” ev sahibliyi edib.

14 görüşdə 11 min 520 seyrçi toplayan komanda bu göstəricidə böyük üstünlüklə hamını qabaqlayıb. 1-ci Liqadakı ümumi tamaşaçı sayının təxminən 45 faizi “Mingəçevir”in payına düşür.

Orta tamaşaçı sayında “Zaqatala” 2-ci yeri tutub. “Şəfa” 3-cü, “Səbail” isə 4-cü olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31